“Bu il nəzərdə tutulan proqramda Qarabağın dirçəlməsi üçün 2,2 milyard manat pul nəzərdə tutulub. Onun yarısı bölünüb. Ancaq tam nə qədər vəsait cəlb ediləcəyini hesablamaq hazırda çox çətindir”.
Eləcə də bax: "Dəyəri 10 milyard dollardan çox olan layihələrdə türk şirkətləri iştirak ediblər"
FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, nə qədər vəsaitin xərclənməsi görüləcək işlərə bağlıdır:
“Ancaq bu, bir neçə milyard dollar vəsait tələb edəcək. Bu il üçün müəyyən büdcə ayırdıq. Əgər görsək ki, bu 2,2 milyard vəsait yetmir, əlavə edərik”.