Goranboy və Tərtər rayonları atəşə tutulur 15:06 28 Okt 2020 Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri oktyabrın 28-də saat 14:40-dan etibarən Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutur. Bu barədə FED.az-a Müdafiə Nazirliyindən məlumat verilib.