Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir.
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıb - RƏSMİ
Bu barədə FED.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib.
İctimaiyyətə əlavə məlumat veriləcək.