İşğal edilmiş əraziləri tərk edən ermənilər orada yanğınlar törədirlər.
FED.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov keçirdiyi brifinqdə deyib.
“Əfsuslar olsun ki, erməni işğalçıları bizim əraziləri tərk edərək binaları, meşələri, öz postlarını yandırırlar”, - deyə general-mayor Hüseyn Mahmudov bildirib.
Onun sözlərinə görə, bu da onların əsl iç üzünü dünya içtimaiyyətinə açmaqdadır.