Ermənistan silahlı qüvvələri tərəfindən bu gecə Gəncə şəhərinin atəşə tutulması nəticəsində həlak olanların sayı 12 nəfərə çatıb.
FED.az xəbər verir ki, ermənilər Gəncəni gecə saat 1-də atəşə tutublar. Nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisədən sonra xilasetmə əməliyyatı başlayıb və indiyədək dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 12 nəfərin cəsədi çıxarılıb.
Baş prokuror Kamran Əliyev və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da Gəncə şəhərinə gəlib.
Hadisə ilə bağlı bəyanat yayan Xarici İşlər Nazirliyi Erməni tərəfinin bu hərəkətini insanlıq əleyhinə cinayət adlandıraraq Ermənistan rəhbərliyinin bu cinayətə görə tam məsuliyyət daşıdığını bildirib.