2024-cü ildə Füzuli şəhərinə ilk köç planlaşdırılır.
Yaxın 3 ildə Füzulidə 6 minə yaxın - EV TİKİLƏCƏK
FED.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib.
"Bu istiqamətdə çox ciddi işlər aparılır. Məcburi köçkünlərin qayıtması üçün digər layihələrin icrası sürətləndirilməlidir. Ümumilikdə, 2023-cü ildə 399, 2024-cü ildə 447, 2025-ci ildə 2 317, 2026-cı ildə 2 515 evin inşası həyata keçiriləcək. Mənzin İnşaatı Dövlət Agentliyinin inşa etdiyi 846 mənzillik yaşayış kompleksinə gələn il 2 904 nəfər köçürüləcək. Bütövlükdə tikiləcək evlərə 21 593 nəfərin, o cümlədən Füzuli şəhərinə 8 009 nəfərin köçürülməsi planlaşdırılır", - deyə o qeyd edib.
Bundan başqa, sədr müavininin sözlərinə görə, qısa müddətdə Füzulidə Mərkəzi Xəstəxananın tikintisinə başlanılacaq: "Təhsil Nazirliyi isə peşə liseyinin tikintisinə başlayacaq. 2024-cü ildə minimum yaşayış şəraiti yaratmalıyıq. Bu hədəflə işlərimiz davam edir". (Report)