31 il sonra ata-baba yurdlarına köçürülən keçmiş məcburi köçkünlərə mənzillərin açarı təqdim edildikdən sonra ailələr yeni evlərinə yerləşiblər.
FED.az xəbər verir ki, bununla da Füzuli şəhərində 349 nəfərdən ibarət 95 ailənin daimi məskunlaşması təmin edilib.
***
Mənzil başına çatan Füzuli şəhər sakinlərinə yeni mənzillərinin açarları təqdim olunub.
Yeni köçürülən ailələri qarşılayan Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Natiq Hüseyinov yeni köçürülən ailələrə mənzillərin açarlarını təqdim edib. (Apa)