Bu gün Füzuli şəhərinə növbəti köç karvanı baş tutub.
"Ağdamda məskunlaşma prosesi 2025-ci ilin ortasından başlaya bilər"
FED.az xəbər verir ki, növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə şəhərə daha 25 ailə - 72 nəfər köçürülür.
Bununla da Füzulidə 283 ailə - 1000 nəfərin daimi məskunlaşdırılması təmin edilib.