2023-cü ilin sonu, 2024-cü ilin I rübünə qədər Füzulinin ilk yaşayış məhəlləsində 849 ailə məskunlaşdırılacaq.
FED.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
O, Füzuli şəhəri günü münasibətilə füzuliləri təbrik edib: "Bu cür bayram tədbirlər ildən-ilə daha da möhtəşəm keçiriləcək". (Apa)