Füzuli və Cəbrayıl şəhərlərinin baş planlarının ilkin versiyaları Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunub.
Eləcə də bax: "Lazım bildiyimiz nöqtələri götürdük və orada möhkəmlənəcəyik"
FED.az xəbər verir ki, “Ağdam şəhərinin Baş Planı artıq təsdiq olunub. Füzuli və Cəbrayılın baş planlarının ilkin variantlarıl artıq mənə təqdim edilib. Hazırda konkret plan hazırlanır. Yaxın aylarda Füzuli və Cəbrayılın baş planları ictimaiyyətə təqdim olunacaq”, - Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, həmçinin Zəngilan şəhərinin baş plaı üzərində iş başlanıb. “Bir neçə xarici, dünyada tanınmış şirkət bizə təkliflərini veriblər, hazırda seçim prosesi gedir”, - prezident qeyd edib.
Əliyev əlavə edib ki, azad edilmiş ərazilərdə digər şəhərlər - Qubadlı, Laçın və Kəlbəcər də bərpa olunacaq.