Freysas Freyssinet şirkəti 2022-ci il dekabrın 15-də Qarabağ iqtisadi rayonunda öhdəsinə götürdüyü Əhmədbəyli - Füzuli-Şuşa maqistral avtomobil yolunun V06-V07 və V08 viyaduklarının aşırım qəliblərinin üfuqi sürüşmə üsulu ilə tikintisin uğurla başa çatdırıb.
FED.az xəbər verir ki, ümumi uzunluğu 1672 metr olan bu 3 viyadükün tikintisi 2 aprel 2022-ci ildə ilk viyaduk, 15 dekabr 2022-ci ildə isə sonuncu viyaduk aşırım qəliblərinin üfuqi sürüşmə üsulu ilə rekord müddətdə 8,5 ayda tamamlanıb.