Azərbaycan Respublikası Nazirlər Kabineti “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib.
Füzuli şəhəri yenidənqurmadan sonra belə olacaq – FOTOLAR
FED.az xəbər verir ki, Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin sözlərinə görə, Füzulidə az və ortamərtəbəli çoxmənzilli binalar inşa ediləcək. Daha sonra həyətyanı bağ sahələri olan fərdi evlər tikiləcək. Şimal hissədən nəqliyyat dəhlizi, avtomobil yolları, dəmir yolları çəkiləcək.
Onun sözlərinə görə, yaşayış hissəsi şəhərin sol tərəfində yerləşəcək, aeroporta yaxın ərazilər daha çox məşğulluq yerləri olacaq. Burada sənaye parkı, logistika parkı var. Şəhərdə, həmçinin ekopark yaradılacaq. Gələcəkdə böyük bir idman zonasının yaradılması, stadionun tikilməsi planlaşdırılır. (İnterfaks-Azərbaycan)