Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
Füzuli şəhərində 2462 mənzilli 3 yaşayış kompleksi inşa olunur
FED.az xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 822 ailənin, yəni 3132 nəfərin daimi məskunlaşması təmin edilib.