Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
Füzuli şəhərinə köçürülən daha 30 ailəyə mənzillərinin açarları təqdim edilib - FOTOLAR
FED.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 104 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 500 ailə, 1854 nəfərin daimi məskunlaşması təmin edilib.