Füzuli şəhərində əmək yarmarkası keçirilir.
"Füzulidə məskunlaşmış 258 ailənin 75 faizi muzdlu iş yerləri ilə təmin olunub"
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı ilə keçirilən yarmarka Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli məktəbdə təşkil olunub.
İşğaldan azad olunan ərazilər üzrə ilk dəfə olaraq təşkil olunan yarmarkada Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Məşğulluq filialının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Əmək yarmarkasında 20-dən çox müəssisə üzrə 200-ə yaxın vakansiya var. İşğaldan azad olunan ərazilərdəki vakansiyalar haqqında detallı məlumatlar yer alır. (Apa)