Fransa da Qarabağ ermənilərinə humanitar yardım göndərib.
Makron İlham Əliyevə - ZƏNG ETDİ
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün 10 yük avtomobili İrəvandan Sünik vilayətinin Kornidzor kəndinə doğra yola düşüb.
Ermənistan mediası, həmçinin avtomobillərin İrəvanda Respublika Meydanından yola düşməsinin görüntülərini yayıb.
Bildirilir ki, humanitar yüklə birgə Parisin meri Ann İdalqonun da içərisində olduğu fransalı nümayəndə heyəti də Laçın yoluna gedir.