Fransa prezidenti Emanuel Makron Azərbaycana qarşı daha bir qərəzli bəyanatla çıxış edib.
Eləcə də bax: Rəsmi Bakı sərhəddəki gərginliklə bağlı - AÇIQLAMA YAYDI
FED.az xəbər verir ki, Ermənistan-Azərbaycan münaqişəsin dövründə ermənipərəst mövqeyi ilə diqqəti cəlb edən prezident sərhəddəki son gərginlikdə də Ermənistana meylli bəyanat verib.
Əliyevdən Fransaya və Kanadaya cavab: «Getsinlər öz işləri ilə məşğul olsunlar»
Makron bəyanat verərək Aərbaycandan qoşunlarını geri çəkməyi tələb edib.
Xatırladaq ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı noyabrın 9-da imzalanan Azərbaycan-Ermənistan-Rusiya razılaşması çərçivəsində Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin dəqiqləşdirilməsi işlərinə başlanılıb.
Bununla bağlı olaraq Azərbaycan hərbçiləri xəritəyə əsasən Ermənistanla sərhəddəki Qaragöl gölü sahilində mövqe tutublar.
Ermənistan rəhbərliyi əslində prosesdən xəbərdar olsa da, vəziyyəti gərginləşdirmək üçün bu faktı bütün dünyaya «Azərbaycanın Ermənistan torpaqlarını işğal etməsi» kimi təqdim edir.
Rəsmi İrəvanın bu səylərinə ermənipərəst mövqeyi ilə seçilən Fransa prezidenti də qoşulub. Makron özünün sosial şəbəkə hesablarında erməni didində bəyanat yayaraq Azərbayandan qoşunlarını geri çəkməyə tələb edib. «Azərbaycan qoşunları erməni ərazisinə daxil olublar. Onlar dərhal geri qayatmalıdırlar. Fransa həmişə erməniləri dəstəkləyib və dəstəkləyəcək» - deyə Fransanın dövlət başçısı yazıb.
Fransa prezidentinin ofisi mayın 13-də açıqlamaya yayıb ki, Makron bu məsələni Ermənistanın baş naziri ilə də müzakirə edib. «Fransa regiondakı gərgin vəziyyətin BMT TŞ şurasının vasitəsilə həll olunmasını istəyir, bu addım regional sabitlik və təhlükəsizliyə təmin edə bilər»-deyə ofisdən bildirilib.
Yeri gəlmişkən, Azərbaycan torpaqları işğal altında olduğu və onların azad edilməsi ilə bağlı BMT TŞ-nın 4 bəyannaməsi olduğu halda indiyədək Fransa bu qətnamələrin reallaşması üçün heç bir cəhd etməmişdi. Onun həmsədrlik etdiyi Minsk qrupu yalnız formal fəaliyyətlə məşğul olub və münaqişəni həll etməyib.
Bir neçə gün əvvəl verdiyi açıqlamada Azərbaycan prezidenti İlham Əliyev ermənipərəst mövqe açıqlayan Fransa və Kanada rəhbərliyinə Azərbaycanın daxili işlərinə qarışmamağı, «öz işləri ilə məşğul olmağı» tövsiyə etmişdi.