Fransa tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə, üzvü olduğu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və üçtərəfli Bəyanat uyğun olaraq Azərbaycanın suveren ərazilərindən qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılmasına çağırış əvəzinə, qanunsuz erməni silahlı birləşmələrini “polis” kimi təqdim etməsi və dolayısı yolla onların Azərbaycan ərazilərində təxribatlarına haqq qazandırması qəbuledilməzdir.
FED.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
A.Hacızadə qeyd edib: “Fransa tərəfi anlamalıdır ki, Ermənistan tərəfinin Laçın yolunda etirazları bəhanə gətirərək alternativ yollardan istifadə etməklə qeyri-qanuni hərbi fəaliyyəti davam etdirməyə cəhd göstərməsi beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır”.