Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun ərazisinə atdığı ağ fosforlu mərmi zərərsizləşdirilib.
Eləcə də bax: Ermənilərin Tərtərə atdığı fosforlu mərmi belə zərərsizləşdirildi - Video
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Füzuli rayonunda beynəlxalq KİV-in kameraları qarşısında Ermənistanın atdığı ağ fosfor mərmisi zərərsizləşdirilib. Ağ fosforun istifadəsi qadağandır”, - o əlavə edib.
H.Hacıyev mərminin zərərsizləşdirilməsinin görüntülərini də paylaşıb. Həmin görüntüləri təqdim edirik.