Ötən gün Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat onun özü üçün ağır nəticələrə səbəb oldu.
FED.az xəbər verir ki, bu hadisə bir neçə parametr üzrə Ermənistanın itkisi kimi qəbul edilməlidir:
Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Onlar Azərbaycanln təhlükəsizliyinə təhdid yaradırdı. Bu obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır.
Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək.
Ermənistanın xeyli sayda hərbi texnikası, milyard dollardan artıq dəyəri olan iki S-300 raket kompleksi, 200 nəfərə yaxın canlı qüvvəsi, çox sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistan hərbçiləri arasında yüzlərlə yaralı var. Ermənistanın bütün parametrlərə görə itkiləri Azərbaycandan qat-qat çoxdur.
***
Azərbaycan ordusu tərəfindən Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən təxribatın qarşısı alınıb.
FED.az düşmənin artilleriya qüvvələrinin, döyüş məntəqələrinin, məhv edilməsi, S-300 raket kompleksinin, yerüstü sığınacaqların məhv edilməsi ilə bağlı görüntüləri təqdim edir. (Apa)