Son günlər Ermənistanda koronavirusa yoluxma sayı sürətlə artır.
Eləcə də bax: Erməni hərbçilər döyüşlərdə iştirakdan imtina edirlər
FED.az-ın məlumatına görə, «Trend» erməni KİV-lərinə istinadən xəbər verir ki, son həftə ərzində gündəlik yoluxanların sayı 1500-1800 arasında dəyişir, bu gün Ermənistan səhiyyə nazirliyi 2306 nəfərin yoluxduğunu açıqlayıb.
Bununla yanaşı, Ermənistanın sosial şəbəkələrində gedən müzakirələr və müşahidələr göstərir ki, yoluxmanın belə kəskin artımının səbəbi təkcə xəstəliyin yayılması ilə bağlı deyil. Belə ki, bu günlərdə yoluxanların əksəriyyəti18-55 yaşlı kişilərdir, yəni hərbi xidmətə yararlı adamlardır.
Sosial şəbəkələrdə bildirilir ki, hazırda Ermənistanın açıq-aşkar məğlubiyyətə uğradığı müharibəyə getmək istəməyənlər koronavirusa «yoluxmaqla» döyüşlərdən azı 2 həftəlik yayınmaq imkanı qazanırlar.
Xəbər verilir ki, hazırda Ermənistanda COVID-19 üzrə testin «müsbət» cavabını almaq 1000-2000 dollara başa gəlir.
Ona görə də, istisna deyil ki, hərbi xidmətə yararlı şəxslər arasında koronavirusa «yoluxma» halları bundan sonra da artmaqda davam edəcək.