“Nikol Paşinyan ölümə hörmət etmir və heç vaxt etməyib. O, hər şey etdi ki, müharibə qurbanlarının “üzü” olmasın”.
“FED.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan öz feysbuk səhifəsində yazıb. O, daha sonra sözlərinə belə davam edib:
“Nikol “qələbə” yalanından bəslənən cəmiyyətin faciənin miqyasını, hərbi əməliyyatların coğrafiyasını, fədakar əsgərlərimizin acı taleyini anlamaması üçün həlak olan qəhrəmanlarımızın dəfn mərasimini lentə almağı qadağan etdi.
O, ölən qəhrəmanların ölümlərini simasız, çox xəsis siyahılara köçürdü və hər gün bir neçə ad yayımladı. Nəticədə ölüm qavrayışının kəskinliyini itirdik, əsgərlərimizin fədakarlığının mahiyyətini itirdik, müharibənin hər günü verdiyimiz itki sayının qiymətini başa düşmədik”.
Minasyan qeyd edib ki, valideynləri oğlanlarının cəsədini təhvil alıb dəfn etmək üçün hökumətə rüşvət də təklif edir:
“Belə çıxır ki, elə Ermənistanda açıq yalan danışmaq, ölən oğlanların cəsədlərini günlərlə soyuducuda gizlətmək mümkündür, çünki Nikol və Annanın qurduğu cədvələ görə 30- 40 qurbanın adlarının hər gün dərc olunmasına icazə verilir”. (Qafqazinfo)