“Ermənistan ərazisindən Gəncə şəhərinə ballistik raketlər atıldı. Bu, müharibə bölgəsindən çox uzaqdır".
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
Təcili: Gəncədə 5 nəfər ölüb, 35 nəfər yaralanıb
"Hərbi zərurət yox idi. Ermənistan Xarici İşlər Nazirliyi alçaqcasına bu ağır hərbi cinayətlərə görə dövlət məsuliyyətini inkar etməyə çalışır", - deyə o qeyd edib.