Ermənistanda hərbi xidmətə çağırılan və Qarabağa xidmətə göndərilən hərbçilərin xidmət müddətinin başa çatmasına bir neçə gün qalmış təcili olaraq tərxis edilirlər.
FED.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.
Abramyanın sözlərinə görə, Ermənistan ərazisindən Qarabağa hərbi çağırış sonuncu dəfə 2020-ci ilin iyul-avqust ayında keçirilib. 44 günlük müharibə, həmçinin 2021-ci ilin qışında Ermənistandan Qarabağa çağırışçı göndərilməyib.
“İki il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan çağırışçıların Qarabağdakı son qrupunun 2022-ci ilin avqustunda tərxis olunmalı idi. Lakin görünür Azərbaycanın tələbi ilə tərxis prosesi daha tez həyata keçirilib.”, - deyə deputat yazıb. (haqqin.az)