Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçeviri raket atəşinə tutub.
FED.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Tvitter səhifəsində yazıb:
"Ermənistan humanitar atəşkəs adı altında terror və hərbi cinayət əməllərini davam etdirir. Gəncə və Mingəçevir raket atəşinə tutulub. Xəsarət alanlar və dəyən zərər dəqiqləşdirilir".