Bu gün Ermənistan tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusu şəhid olub.
FED.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.
Atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.
"Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir" - deyə açıqlamada bildirilir.
Allah rəhmət eləsin!