Ermənistan ordusunda baş alıb gedən hərc-mərclik, kütləvi fərarilik, habelə hərbi qulluqçular çatışmazlığı üzündən hökumət son ümidini dustaqlara bağlayaraq həbsxanalardan cəbhə xəttinə göndərir.
“Azərbaycanın müharibəni udduğu görünür, onminlərlə erməni qaçıb” - Kerri Kavano
“Sputnik Armenia”ya istinadən xəbər verilir ki, Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatrian məsələyə dair bildirib:
“28 oktyabr tarixinə olan məlumata görə 12 nəfər məhkum barəsində həbs qəti imkan tədbiri dəyişdirilib, daha 4 nəfər şərti olaraq erkən azadlığa buraxılıb. Hamısı könüllü olaraq cəbhəyə yollanacaq. Vəziyyətin həssas olduğu nəzərə almaqla hər kəsə fərdi yanaşma göstərilir” (Report).