Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Eləcə də bax: Müdafiə Nazirliyi noyabrın 9-a cəbhədəki vəziyyəti - AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Noyabrın 8-i axşam saatlarından 9-u gecə 00:50-dək Ermənistanın Berd və Çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub", - məlumatda deyilir.