Bir neçə gün əvvəl Qarabağdakı münaqişənin diplomatik yolla həlli barədə danışmağın mənasız olduğunu deyən Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə məğlub olduğunu boynuna alıb.
FED.az xəbər verir ki, o, bu dəfə xalqa müraciətində ölkəsinin Dağlıq Qarabağ məsələsində güzəştə getməyə hazır olduğunu deyib.
“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün güzəştə hazırdır” deyən Paşinyan biabırçı vəziyyətdə olduqlarını etiraf etməli olub:
“Biz qarşılıqlı güzəştlərə, hətta bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq”.
Paşinyan öz Facebookunda yazıb ki, Azərbaycan Qarabağ məsələsinin həllində kompromissə getmək istəmir, sadəcə Qarabağın təslim olmasını tələb edir.
«Biz təslim olmayacağıq, amma qarşılıqlı güzəştlərə getməyə hazırıq, hətta bizim üçün ağrılı güzəştlərə belə".