Oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
FED.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, erməni tərəfi hücum etməyə cəhd etsə də bu cəhdlərin qarşısı qətiyyətlə alınıb.
"Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var"-deyə bildirilir.