“Ermənistanın xüsusilə uşaqlara, mülki vətəndaşlara qarşı müharibəsi davam edir”.
Eləcə də bax: 2156 yaşayış evi, 398 mülki obyekt yararsız hala düşüb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.
“Azərbaycanın Tərtər şəhərinə gələn “Smerç” raket hücumu nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan evlərinin bağçasında öldürülüb. Orxan xurma yığırdı, çünki indi mövsüm dövrüdür”, – o qeyd edib.