Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Qarabağ

  1. Ana səhifə
  2. Qarabağ
  1. Qarabağ

Ermənilərin Qarabağdan - Böyük Köçü

Ermənilərin Qarabağdan - Böyük Köçü | FED.az
16:54 10 Avq 2021

Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı tarixi qələbədən sonra rəsmi Bakı “Qarabağ məsələsinin” birdəfəlik tarixdə qaldığını bildirdi və yeni geosiyasi reallıq yaratdı. Və hərçənd rəsmi Yerevan yekun sülh müqaviləsinin imzalanmasını hər cür əngəlləməyə və ləngitməyə çalışsa da, erməni siyasətçiləri Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə qalan yaşayış məntəqələrinin xüsusi statusu mövzusunu uzatsa da, rəsmi Bakı vaxtilə Azərbaycan ərazilərində yaradılmış süni qurumun-keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi barədə qərara yenidən baxmayacaq.

Eləcə də bax: “Adam dəli olur. Hər tərəfdə Azərbaycan bayrağı...” – Erməni “deputat”

FED.az xəbər verir ki, bu barədə Virtualaz.org-un hazırladığı materialda deyilir. 

Ermənilər Qarabağı yeganə yolla-Laçın dəhlizi ilə tərk edib gedir...

Bunu Prezident İlham Əliyev özünün son müsahibələrindən birində bir daha təsdiq etdi. “Məntiq haradadır ki, 25 min adam üçün status yaradılsın?”,- Prezident iyulun 22-də  AzTV-yə müsahibəsində bildirdi.

Bu rəqəm isə havadan götürülməyib. Azərbaycan dövlətinin başçısı qeyd edib ki, Azərbaycan Laçın dəhlizinin gündəlik monitorinqini aparır və Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə avtomobillərin hərəkəti haqda tam informasiyaya malikdir.

“Orada yaşayanların real sayı 25 min nəfərdir. Başqa rəqəmlər də səsləndirilib, müharibədən sonra 50 mindən çox adamın geri qayıtdığı deyilib. Mümkündür, amma o demək deyil ki, geri qayıdanların hamısı orada qalıblar. Qayıdıblar, sonra gediblər. İkincisi, bizim müxtəlif vasitələrimiz var, peykimiz var. Oradakı maşınların sayını bilirik, insanların hərəkətini görürük. Bizdə nə baş verdiyi barədə müxtəlif mənbələrdən toplanmış kifayət qədər məlumatlar var. Biz müharibədən əvvəl də bilirdik ki, orada nə baş verir”,-Əliyev qeyd edib.

İlham Əliyev bildirib ki, hökumət Qarabağı tərk edənlərin sayı barədə dəqiq məlumatlara malikdir.

İndi redaksiyamız Laçın dəhlizi ilə avtomobillərin hərəkətinə dair ətraflı statistikanı əldə edib. Beləliklə, son bir ayda dəhlizlə Ermənistandan gələn 15 min avtomobil daxil olub, 21100 avtomobil çıxıb.  Fərq isə böyükdür-6100 avtomobil. Statistika əhalinin hərəkəti məsələsinə də aydınlıq gətirir: göstərilən müddət ərzində Rusiya sülhməramlılarının nəzarətindəki zonaya 15 700 nəfər daxil olub, 22 360 nəfər çıxıb.

Yəni Qarabağdakı ermənilərin sayı sürətlə azalır və əhalinin bu hiss olunacaq axınının səbəbi sabaha inamsızlıq və qeyri-müəyyənlikdir.

Bunu “Komsomolskaya Pravda” qəzetinin müxbiri Darya Aslamovaya separatçıların nümayəndəsi, özünü oyuncaq qurumda “xarici işlər naziri” adlandıran David Babayan da etiraf edir. Darya Aslamova bu günlərdə dərc edilmiş səs-küylü reportajında ermənilərin Qarabağdan köçünə xüsusi diqqət ayırır.

Hər tərəfdə Azərbaycan qoşunlarıdır. Xankəndi sakinləri sabaha ümidlərini itiriblər...

“Bu doğrudur. Əhalinin köçü başlayıb. İnsanlar sadəcə olaraq yaşamaq istəyirlər. Hər kəs özünü missioner və ya apostol hesab etmir. Ermənilər çıxıb gedəcəklər, cəbhə boşalacaq. Bizim üçün başa düşmək vacibdir ki, ruslar bura həmişəlik gəliblər”,-Babayan etiraf edir.

Qarabağda qalan ermənilər ümidlərini Rusiya sülhməramlılarına bağlayıblar, amma bununla belə başa düşürlər ki, onlar regiona həmişəlik gəlməyiblər.

Belə ki, “Artsax TV” kanalının aparıcısı Tsovinar Barxudaryan “Eurasianet” portalına müsahibəsində deyir ki, Qarabağ ermənilərinin çoxu çamadan əhval-ruhiyyəsindədir.

“Gələcək aydın deyil. İnsanlar düşünürlər ki, qalsınlar, yoxsa getsinlər. Biz hətta bilmirik ki, bir həftə sonra nələr olacaq, nəinki dörd il sonra”,-o deyir.

Yerevan rəsmiləri gizlətmirdilər ki, müharibə zamanı Qarabağdan ermənilərin yarıdan çoxu Ermənistana qaçıblar. O vaxtdan bəri bir qismi qayıdıb: əmək və sosial məsələlər naziri Mmesrop Arakelyan yanvar ayında geri qayıdanların sayı barədə fantastik rəqəm açıqlamışdı, 95 min nəfərin geri qayıtdığını demişdi.  Sakinlərin geri qaytarılması ilə məşğul olan Rusiya sülhməramlılarının məlumatlarına görə isə, geri qayıdanların sayı 52 min nəfər idi.

Lakin bir çox yerli sakinlərdə bu nisbi sevindirici xəbərlər şübhə yaradır. “Rəqəmlər şişirdilib”,-beynəlxalq hüquqdan dərs deyən və müharibəyə görə evlərini tərk edənlərə kömək edən təşkilatın əməkdaşı, 26 yaşlı Yana Avanesyan deyir.

Prezident İlham Əliyev də 50 min nəfərin qayıtdığı haqda rəqəmləri şərh edib: “Qayıdanlar o demək deyil ki, orada qalıblar”.

Ağdərədə yaşayan 60 yaşlı Liliya Matevosyan gizlətmir ki, yerli ermənilərin bütün ümidləri Rusiya sülhməramlıları ilə bağlıdır: “Əgər ruslar burada olmasaydı insanların çoxu artıq getmişdi”.

“Biz axşam yatırıq, bilmirik ki, sabah nə olacaq. Hara gedək? Getməyə yer yoxdur”,-Xankəndi bazarında quru meyvə və bal satan İrina Parsadanova adlı yaşlı qadın deyir.

 Yana Avanesyanla birlikdə işləyən gənclərin çoxu bilmir ki, nə etsin-qalsın, yoxsa getsin.

“Və səndə xüsusi mənəvi haqq yoxdur ki, onlardan qalmağı xahiş edəsən. Situasiya indi xaotikdir, insanlar gündəlik qayğıları ilə məşğuldur və biz baş verənlərin tam miqyasını hələ dərk etmirik”,-könüllü bildirir.

Qız həmçinin Ermənistan hökumətinin insanların Qarabağa qayıtmasını stimullaşdıran səylərinə, o cümlədən kirayə haqqının və kommunal xidmətlərin subsidiyalaşdırılmasına, itirilmiş evlərə görə kompensasiyanın ödənilməsinə də tənqidi yanaşır. Deyir ki, bu insanları güzəştlərlə ələ almağa bərabərdir, hansı ki, bunun əvəzində müharibənin nəticələrinin aradan qaldırılması üçün uzunmüddətli strategiya işləyib hazırlanmalı idi.

Başqa sözlə, gözlərimiz önündə tarixi hadisə-ermənilərin Qarabağdan köçü baş verir. Onların hər biri qəlbində dərk edir ki, bura onların evi deyil. Bu torpaqların əsl sahibləri var və onlar həmişəlik qayıdıblar. Nə Ermənistan hökumətinin Qarabağ ermənilərini ələ almaq cəhdləri, nə Rusiya sülhməramlılarının mandatı situasiyanı dəyişmək gücündə deyil. Bu haqda Qarabağda qalan ermənilərin də özləri artıq açıq danışırlar...

Banner
Banner
  • Ermənilər
  • Qarabağ
  • Köç
  • sülhməramlı
  • Laçın
  • dəhliz
Paylaş

Digər xəbərlər

Laçını tərk edən ermənilər - EVLƏRİNİ YANDIRIRLAR - VİDEO - FOTOLAR
Qarabağ 14 Avq 2022
Laçını tərk edən ermənilər - EVLƏRİNİ YANDIRIRLAR - VİDEO - FOTOLAR
Azərbaycan Ordusuna Laçın dəhlizi ilə bağlı - TAPŞIRIQLAR VERİLDİ
Qarabağ 13 Avq 2022
Azərbaycan Ordusuna Laçın dəhlizi ilə bağlı - TAPŞIRIQLAR VERİLDİ
Ağalıda ilk ailə təsərrüfatları yaradıldı - VİDEO
Qarabağ 13 Avq 2022
Ağalıda ilk ailə təsərrüfatları yaradıldı - VİDEO
İlham Əliyev: Qarabağda yaşayan ermənilərə avqustun sonunadək vaxt verilib
Qarabağ 12 Avq 2022
İlham Əliyev: Qarabağda yaşayan ermənilərə avqustun sonunadək vaxt verilib
"Mən artıq Dövlət Qaçqınkom-a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar"
Qarabağ 12 Avq 2022
"Mən artıq Dövlət Qaçqınkom-a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar"
"Səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır"
Qarabağ 12 Avq 2022
"Səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır"
İlham Əliyev Ermənistana - XƏBƏRDARLIQ EDİB
Qarabağ 12 Avq 2022
İlham Əliyev Ermənistana - XƏBƏRDARLIQ EDİB
Prezident "Qisas" əməliyyatından danışıb: "Cəza tədbiri idi"
Qarabağ 12 Avq 2022
Prezident "Qisas" əməliyyatından danışıb: "Cəza tədbiri idi"
“Cəmi 4 km-i Ermənistan ərazisinə düşsə də...” - FOTOLAR
Qarabağ 12 Avq 2022
“Cəmi 4 km-i Ermənistan ərazisinə düşsə də...” - FOTOLAR
Əli Əsədovdan Şuşa ilə bağlı növbəti - QƏRAR
Qarabağ 12 Avq 2022
Əli Əsədovdan Şuşa ilə bağlı növbəti - QƏRAR
Azərbaycanda yaşayan ruslardan - Rusiyalı hərbi ekspertə - ETİRAZ
Qarabağ 11 Avq 2022
Azərbaycanda yaşayan ruslardan - Rusiyalı hərbi ekspertə - ETİRAZ
Xankəndidə yaşayan erməniləri - Narahat Edən Mesaj! - FOTO
Qarabağ 11 Avq 2022
Xankəndidə yaşayan erməniləri - Narahat Edən Mesaj! - FOTO
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Nəqliyyat vasitələrinə texniki qulluq və təmir xidmətləri üzrə - TENDER ELANI - SİYAHI
    08:23 17 Avq 2022
  • İcra Hakimiyyəti böyük tender - ELAN EDİR - SİYAHI
    08:14 17 Avq 2022
  • MADO restoranlar şəbəkəsi işçi axtarır - VAKANSİYA
    20:49 16 Avq 2022
  • "Optimal Electronics" işçi axtarır - maaş 500 AZN - VAKANSİYA
    20:40 16 Avq 2022
  • "Siyəzən Broyler" işçi axtarır - əmək haqqı 500-700 AZN - VAKANSİYA
    20:32 16 Avq 2022
  • "Metak" şirkətinə işçi lazımdır - VAKANSİYA
    20:27 16 Avq 2022
  • PAŞA Bank işçi axtarır - VAKANSİYA
    20:19 16 Avq 2022
  • Türkiyədə azərbaycanılılara mənzil satışı azaldı - SİYAHI
    16:56 16 Avq 2022
  • Maliyyə Nazirliyinin istiqrazlarına tələbat - TƏKLİFİ 6 DƏFƏ ÜSTƏLƏDİ
    16:51 16 Avq 2022
  • Azərbaycanda satılan lüks avtomobillərin sayı məlum olub - SİYAHI
    16:29 16 Avq 2022
  • Facebook, Instagram hesabınızı və emailinizi ələ keçirməyə çalışırlar? - QORUMAQ ÜÇÜN ÜSULLAR - MÜSAHİBƏ
    16:24 16 Avq 2022
  • “Ağdam City Hotel” tikilir - FOTO
    16:05 16 Avq 2022
  • Ağdamın Baş planı təsdiqlənib
    15:36 16 Avq 2022
  • Gəncədə suyun verilməsində məhdudiyyət yaranacaq
    15:25 16 Avq 2022
  • Keyfiyyət sahəsində audit üzrə yeni dövlət standartı - QƏBUL EDİLİB
    15:22 16 Avq 2022
  • UCard almaq üçün azı - 10 SƏBƏBİNİZ VAR
    15:18 16 Avq 2022
  • «Gəncə Xalça Kombinatı» özəlləşməyə çıxarıldı – QALİB 7 MİLYON MANAT ÖDƏMƏLİDİR - ŞƏRTLƏR
    15:05 16 Avq 2022
  • “Apple Pay” artıq “Expressbank” mobil tətbiqində!
    15:05 16 Avq 2022
  • Deputat Rüfət Quliyev: “Ərzaq məhsullarının bahalaşmasının 3 əsas səbəbi var”
    14:45 16 Avq 2022
  • Azərbaycan Mərkəzi Bankı “Avromed” şirkətini - CƏRİMƏLƏDİ
    14:21 16 Avq 2022
  • Azər Türk Bank Apple Pay ödəniş üsulunu istifadəyə verdi
    14:00 16 Avq 2022
  • Yeni beynəlxalq ödəniş aləti - ÖLKƏMİZƏ GƏLİR
    13:44 16 Avq 2022
  • Azərbaycandan turist axını 2 dəfə artıb
    13:37 16 Avq 2022
  • "Əhali un və çörəyin bahalaşmasına hazır olmalıdır, bu qaçılmazdır"
    13:33 16 Avq 2022
  • Gürcüstan hökuməti - YENİ QƏRAR QƏBUL EDİB
    12:32 16 Avq 2022
  • Fövqəladə Hallar Nazirliyi əhaliyə - MÜRACİƏT ETDİ
    12:25 16 Avq 2022
  • Sabahın hava proqnozu açıqlanıb
    12:21 16 Avq 2022
  • HUAWEI P50 Pro və HUAWEI P50 Pocket hər detalda füsunkarlıq - artıq “Kontakt”da
    11:59 16 Avq 2022
  • Avropada təbii qazın qiyməti - 6 % BAHALAŞIB
    11:52 16 Avq 2022
  • “Gənclik” metrostansiyası "Qarabağ"ın oyununa görə gücləndirilmiş - İŞ REJİMİNƏ KEÇƏCƏK
    11:23 16 Avq 2022
  • "Böhran kahini"ndən - İKİBAŞLI SSENARİ
    11:10 16 Avq 2022
  • Azərbaycan elektrik enerjisi ixracını 26% artırıb, idxalını isə 17% azaldıb
    10:55 16 Avq 2022
  • "Azərkosmos" sığortaçı seçir - TENDER - ŞƏRTLƏR
    10:48 16 Avq 2022
  • İnnovasiya və Təchizat Mərkəzi 2 milyon manatlıq tenderin - QALİBİNİ AÇIQLAYIB
    10:43 16 Avq 2022
  • «Şahdəniz»də hasilat 14 günlüyə dayandırılır – «BP»DƏN AÇIQLAMA
    10:12 16 Avq 2022
  • Qızılın qiyməti 1 800 dollardan - AŞAĞI ENİB
    10:10 16 Avq 2022
  • Dünya bazarlarında təbii qazın qiyməti - YENİDƏN ARTIB
    10:08 16 Avq 2022
  • ARDNF xəbərdarlıq - YAYIB
    10:02 16 Avq 2022
  • Azərbaycan elektrik enerjisinin istehsalını - ARTIRIB
    09:55 16 Avq 2022
  • Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları - 25% ARTIB
    09:50 16 Avq 2022
  • Neft yenə ucuzlaşıb - SON QİYMƏT
    09:47 16 Avq 2022
  • “Expressbank” yeni “Mastercard Black Edition” kartını - TƏQDİM EDİR
    09:40 16 Avq 2022
  • Mərkəzi Bank sığorta şirkəti axtarır - TENDER - ŞƏRTLƏR
    09:27 16 Avq 2022
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:20 16 Avq 2022
  • Bankın əmlakı 1.3 milyon manata - SATIŞA ÇIXARILIR
    09:18 16 Avq 2022
  • BNA: "66 avtobusun hərəkət intervalında gecikmələr var"
    09:11 16 Avq 2022
  • İşçi tapılmır, 73 milyon dollarlıq tərəvəz və meyvələr çürüyüb
    08:59 16 Avq 2022
  • Təcili və Təxirəsalinmaz Tibbi Yardim Stansiyasının - TENDER ELANI
    08:54 16 Avq 2022
  • Nazirlik bu avadanlıqları alır – SİYAHI – TENDER
    08:41 16 Avq 2022
  • Cari təmir işləri üzrə tender elanı – ŞƏRTLƏR - SİYAHI
    08:19 16 Avq 2022
  • Abadlaşdırma işlərinin satınalınması üzrə - BÖYÜK TENDER ELANI - SİYAHI
    08:13 16 Avq 2022
  • Dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə bağlı - PROQNOZLAR PİSLƏŞİR
    17:02 15 Avq 2022
  • Dəniz nəqliyyatı ilə sərnişin daşınması - 48% ARTIB
    16:47 15 Avq 2022
  • AccessBank tender - ELAN EDİR - ŞƏRTLƏR
    16:42 15 Avq 2022
  • Bakıda XV Verona Avrasiya İqtisadi Forumu - KEÇİRİLƏCƏK
    16:13 15 Avq 2022
  • "Bakmil” stansiyası istiqamətində qatarların hərəkət cədvəlinə - DÜZƏLİŞLƏR EDİLİB
    15:54 15 Avq 2022
  • ETSN isti hava ilə əlaqədar - XƏBƏRDARLIQ EDİB
    15:36 15 Avq 2022
  • ADNSU-nun 102,7 milyon, ADMİU-nun 17 milyon manat nizamnamə fondu olacaq
    15:07 15 Avq 2022
  • Pensiyaların ödəniləcəyi tarix - AÇIQLANDI
    14:48 15 Avq 2022
  • Sabiq FHN rəisinə Gömrükdə yüksək - VƏZİFƏ VERİLDİ
    14:28 15 Avq 2022
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • C.Məmmədquluzadə küçəsi 102A (City Point Biznes Mərkəzi)

© 2016 - 2022 FED.az | Bütün hüquqlar qorunur.