Ermənilər bundan sonra Azərbaycana qarşı hər hansı təxcribat törətsələr 10 qat artıq xvabını lacaqlar.
FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev noyabrın 20-də xalqa müraciətində bildirib.
Dövlət başçısı bildirib ki, rəsmi Bakı bundan sonra erməni faşizminin baş qaldırmasına imkan vermək fikrində deyil:
«Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər. Ancaq biz imkan verməyəcəyik. Hər kəs bunu bilsin. Özümüzü müdafiə etmək üçün istənilən addımı atacağıq. Öz vətəndaşlarımızı müdafiə etmək üçün istənilən addımı atacağıq və heç kim bizi saxlaya bilməz. Bu 44 gün ərzində bütün dünya gördü. Heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz».
Prezident bildirib ki, hərbi əməliyyatlar dövründə Azərbaycana təsir etmək istəyən ölkələr rəsmi Bakıdan sərt cavab alıblar: «Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə».
Dövlət başçısının sözlərinə görə, qarşıda yenə təxribat olsa, erməni tərəfinə artıqlaması ilə cavab veriləcək: «Ona görə əgər erməni faşizmi bir də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar, 10 qatını və heç kim bizi durdura bilməz».