Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğuları – istehkam qurğuları quraşdırmağa cəhd göstəriblər.
FED.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - deyə nazirlik bildirib.
Xatırladaq ki, fortifikasiya qurğusu - silahların, hərbi texnikanın, komanda məntəqələrinin sığınacaqda yerləşdirilməsi və səmərəli istifadəsi, habelə qoşunların mühafizəsi üçün nəzərdə tutulmuş qurğu və binalardır.