Ermənistan silahlı qüvvələrinin 543-cü alayının hərbi qulluqçuları kütləvi şəkildə Dağlıq Qarabağa getməkdən imtina edib.
Eləcə də bax: Düşmən ordusunda mübahisə düşdü, ölənlər var
FED.az xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, təcili olaraq hərbi hissəyə gələn hərbi prokurorluq əməkdaşları döyüşə getməkdən imtina edən hərbçiləri həbslə hədələyərək onları istənilən döyüş tapşırığını yerinə yetirmələri barədə iltizam imzalamağa məcbur ediblər.
Oxşar hadisə Ermənistanın Koti yaşayış məntəqəsində dislokasiya edilən hərbi hissədə də baş verib. Burada xidmət edən hərbi qulluqçular döyüşə getməkdən imtina etdiklərinə görə hərbi polis tərəfindən həbs edilib.
Görülən bütün cəza tədbirlərinə baxmayaraq Ermənistan müdafiə nazirliyinin rəhbərliyi Dağlıq Qarabağa getməkdən imtina edənlərin qarşısını almaqda acizdir.