Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir.
Eləcə də bax: Paşinyan erməni əsgərlərinin döyüş meydanından qaçdığını etiraf etdi
FED.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, döyüşlərə cəlb etmək məqsədilə 2000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər.