Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyası müharibə dövründə ziyan çəkən Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Füzuli, Gəncə, Beyləqan, Goranboy, Naftalan və digər ərazilərə ezam olunub.
Eləcə də bax: Ermənilərin Gəncəyə vurduğu ziyan - AÇIQLANDI
FED.az xəbər verir ki, Komissiya üzvü Elşən İbrahimov bildirib ki, artıq komissiya üzvləri yerlərdə hadisə nəticəsində ziyan dəymiş əraziləri müəyyənləşdirir:
"İlkin olaraq inventarlaşma aparırıq. Komissiya erməni təxribatı nəticəsində ziyan çəkən ev, obyekt, inzibati binalar, mal-qara tələfatı, nəqliyyat vasitələri və digərdövlət və şəxsi əmlaklarla bağlı araşdırmalar aparır. Yaxın vaxtlarda dəymiş ziyan müəyyən ediləndən sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək". (Trend)