Azərbaycan Ordusunun Hadrutun iki kəndi - Böyük Tağlar və Çaylaqqala kəndlərində meşələrdə qalan bir qrup erməni silahlını zərərsizləşdirmək üçün əməliyyata başladığına dair məlumat yayılıb.
FED.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Məlumatda bildirilir ki, bütün kəndlər Azərbaycan Ordusunun nəzarətində olduğuna görə, həmin iki kənd anklav olaraq qalıb.
Maraqlıdır ki, erməni tərəfinin məlumatında bildirilir ki, bu kəndlər Qarabağın cənubunda olsa da, Erməınistan tərəfi müdafiə tədbirləri həyata keçirir.
Qeyd edək ki, 11 dekabrda ermənilər Hadrutda azərbaycanlı hərbçilərə qarşı silahlı təxribat törədiblər. Təxribat nəticəsində bir hərbçimiz yaralanıb. Ermənilər isə məlumat yayıb ki, atışma nəticəsində erməni hərbçilərindən 3-ü yaralanıb.