Mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.
Bu barədə FED.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.
Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.
Əməliyyat şəraiti nəzarətdə saxlanılır.
***
Dövlət sərhədinin Zəngilan istiqamətində erməni diversantlardan ibarət dəstənin diversiya cəhdinin qarşısı alınıb.
Bu barədə FED.az “Caliber”ə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti ilə düşmən qrupu zərərsizləşdirilib.
Məlumata görə, iki diversant saxlanılıb.