“Qarşıdan gələn müddətdə şəhərlərimizi yeni texnologiyalar və yenilikçi yanaşmalar istifadə edərək “Ağıllı şəhər”lərə çevirməliyik”.
Eləcə də bax: Zəngilandakı “Ağıllı kənd”də 200 ekoloji ev, 4 bina, məktəb və bağça tikilir - FOTOLAR
FED.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısında çıxışı zamanı bildirib.
“Yaşıl böyümələrə yönələn ortaq layihələrə birgə imza atmalıyıq. “Ağıllı şəhər” sahəsində işğaldan azad edilən Zəngilanda başladılan işlər təqdirəlayiqdir”, - deyə o vurğulayıb. (Marja)