Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanunu imzalayıb.
Eləcə də bax: Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsini təsdiqlədi
FED.az xəbər verir ki, bu barədə "Resmi gazete" məlumat verir.
Layihə parlamentin dünən keçirilən iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.
Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. (Trend)