“Ən yaxın zamanda Mehmetçik vəzifəsini icra etmək üçün Azərbaycana gedəcək”.
Eləcə də bax: Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana gələcək
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında məlumat verib.
O qeyd edib ki, məsələylə bağlı Quru Qoşunları Komandanlığı işini tamamlayıb:
“Azərbaycana əsgər göndərilməsiylə bağlı qanun layihəsi Milli Məclisdə təsdiq edildi. Artıq proseslər tamamlanıb. Hava qüvvələri də əsgərləri aparmaq üçün hazırdır”. (Qafqazinfo)