"Bu ilin noyabr ayında Ağdam şəhərinə ilk köç planlaşdırılır".
Ağdamla bağlı 38 milyonluq tender
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, ilk mərhələdə 110 ailənin şəhərə köçü nəzərdə tutulub:
"Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə köçürüləcək ailələrin siyahısı hazırlanır". (Apa)