Xankəndi, Xocalı və Ağdərədə 43 obyekt fəaliyyətə başlayıb və 350 şəxs işlə təmin olunub.
“Azad edilmiş ərazilərdə minlərlə iş yeri yaradılıb”
FED.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov iyunun 28-də Şuşada keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, bu obyektlərin cari ildə 80-ə çatdırılması nəzərdə tutulur. Burada ticarət, turizm, yeyinti sənayesi, balıqçılıq, kənd təsərrüfatı və digər sahələr üzrə geniş imkanlar var. (Azərtac)