Bu günədək Şərqi Zəngəzur İqtisadi rayonunda 11 müəssisə qeydiyyata alınıb ki, bunun da 10-u rezident, 1-i isə qeyri-rezidentdir.
İsrail şirkətləri Qarabağdakı sənaye parklarında investisiya layihələrinə dəvət edilib
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazı Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov deyib.
Onun sözlərinə görə, layihələrin ümumi investisiya dəyəri 68 milyon manat təşkil edir:
“Burda 708 şəxs işlə təmin ediləcək. Hazırda 1 müəssisə fəaliyyət göstərir. Bu il isə daha 2 müəssisənin fəaliyyətə başlayacağı gözlənilir. Şərqi Zəngəzur İqtisadi rayonunda fəaliyyət göstərmək üçün daha 9 müraciət daxil olub ki, bu müraciətlər də bilavasitə rezident statusu almaq üçündür".
Xatırladaq ki, Şərqi Zəngəzur iqtisadi rayonuna Cəbrayıl, Qubadlı və Zəngilan rayonları daxildir. Şərqi Zəngəzur iqtisadi rayonu isə əlvan metallurgiyanın inkişafı üçün böyük potensiala malikdir. Rayon həm də coğrafi mövqeyinə və tarixi abidələrinə görə turistik əhəmiyyət daşıyır. Məlum olduğu kimi, bu ərazidə İstisu, Minkənd kimi mineral bulaqlar və meşələr var ki, sözügedən rayon kurort məqsədləri üçün ideal bir məkandır. (Report)