Xəbər verdiyimiz kimi, dünən erməni təxribatı nəticəsində üç hərbçimiz şəhid olub.
FED.az xəbər verir ki, 1998-ci il təvəllüdlü, Tağıyev Səbuhi Gündüz oğlu Şahbuz rayonunun Badamlı qəsəbəsindəndir.
Digər şəhid olan hərbçimiz 1994-cü il təvəllüdlü, Ağstafa rayonunun Xətai kənd sakini Həsənov Elşad Qabil oğludur. O, bir neçə ay öncə ailə həyatı qurub. Qeyd edək ki, şəhidimiz Gədəbəy rayonunun Qaravəlilər kəndindəndir. Elşad Həsənovun ailəsi o hələ uşaq olarkən Ağstafa rayonunun Xətai kəndinə köçüb.
Növbəti şəhid olan hərbçimiz Abşeron rayonunun Saray qəsəbəsinin sakini Zalov Vidadi Nizami oğludur. O, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olub.
Xatırladaq ki, şəhidlərin üçü də gizir olub. (qafqazinfo)