Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə atəşkəs razılaşmasının erməni tərəfi üçün qaçılmaz olduğunu elan edib.
Eləcə də bax: “Dayanmasaydıq, vəziyyətimiz daha da pisləşəcəkdi” - Paşinyan
FED.az xəbər verir ki, onun sözlərinə görə, əks halda erməni hərbi qıvvələrini mühasirə və fəlakət gözləyərdi. «Döyüşlərin davam edəcəyi təqdirdə erməni tərəfi təkcə Stapanakerti deyil, bütün Qarabağı itirəcəkdi, minlərlə həbçimiz isə mühasirəyə düşəcəkdi»- Paşinyan deyib.
«Nəticədə fəlakət baş verəcəkdi, məhz buna görə həmin qərar qəbul edildi. Tsadüfi deyil ki, ön cəbhədəki hərbçilər mənim bu qərarımı dəstəkləyirlər. Onlar isə yerdə vəziyyəti daha yaxşı bilirlər»- deyib baş nazir. Paşinyan qeyd edib ki, müharibənin davam edəcəyi təqdirdə itiriləcək əraziləri atəşkəs razılaşması sayəsində saxlamaq mümkün oldu.
«Bu sənədi imzalamaqla biz həmin əraziləri saxlaya bildik Çünki Stepanakert müdafiəsiz qalmışdı» -deyib baş nazir.