“Hazırda Qarabağ ərazisində yaşayan erməni əhalinin Azərbaycan əhalisi ilə təması yoxdur”.
Eləcə də bax: “Xarici əsgərlər Azərbaycanda müvəqqətidir”
FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısının sözlərinə görə, nəzərə almaq lazımdır ki, orada indi Azərbaycan əhalisi yoxdur: “30 il ərzində olmayıb və hələ ora qayıtmayıb. Ermənistan əhalisi Rusiya sülhməramlılarının nəzarətindədir və oradan da heç yerə çıxmırlar, çıxa da bilmirlər, hər tərəfə minalar səpələnib.
Ermənistan bütün dünya ölkələri kimi Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu da qaçılmazdır. Artıq rəsmilər, işçi qruplar, baş nazir müavinləri, sərhəd qoşunları nümayəndələri səviyyəsində görüşlər əsasında olan əlaqələr müəyyən zəmin yaratmalıdır. Ermənistan tərəfi başa düşməlidir ki, bizi aldatmağa çalışmamalıdır. Amma biz bunu görürük ki, sözdə bir şey deyib, əməldə başqa şey edirlər. Səmimi iş görməlidirlər. Nəyəsə razılıq verirlərsə, etməlidirlər.
Azərbaycan əhalisi azad olunan ərazilərə qayıtdıqdan sonra təbii ki, orada artıq təmaslar yaranacaq. Xankəndidə və digər yaşayış məntəqələrindəki insanlar üçün Azərbaycan olmadan normal yaşayış mümkün deyil”.