“Bütün Qarabağ üzrə fəaliyyət göstərən şirkətlərin işə qəbulu vahid mərkəzdən aparılır”.
Eləcə də bax: Dövlət Agentliyi: "4000 nəfərə iş təklif etmişik, imtina edib"
FED.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Qarabağda işlə təmin olunmaq istəyən şəxslər müraciət edir, həmçinin, şirkətlər öz vakansiyalarını məşğulluq altsisteminə yerləşdirirlər: “Hazırda isə Qarabağda iş platforması üzərində çalışırıq. İnanırıq ki, bütün bu məsələlər daha innovativ yolla həyata keçiriləcək”. (Apa)