"Qarabağda yaşayan ermənilərin guya aclıqla üzləşməsi barədə deyilənlər tamamilə əsassızdir. Xankəndində ermənilər xoşbəxtdirlər və daima hansısa bayramları qeyd edirlər".
FED.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətə həsr olunan iclasda bildirib.
"Mən bu yüksək toplantıya başqa bir məsələni də çatdırmaq istəyirəm. Deyirlər ki, Xankəndidə insanlar acdır, əslində orada hamı xoşbəxtdir”-deyən Y. Əliyev ermənilərin “aclıq” iddialarına sosial mediada yayılan fotolarla cavab verib:
“Sosial şəbəkələr müxtəlif materiallarla doludur. Bunlar yerli ermənilərin müxtəlif yubiley, toylar, ad günü və sair xoş hadisələri qeyd etməsini göstərir, yeri gəlmişkən bu münasibətlə onlari təbrik edirik".
Yaşar Əliyev bildirb ki, bu video materiallar ermənilərin Qarabağda guya ac qalması və humanitar böhrandan əziyyət çəkməsi barədə deyilənləri qətiyyətlə təkzib edir: "Şəkillərdən də gördüyünüz kimi insanlar xoşbəxtdir, toyda rəqs edirlər, ad günü qeyd edirlər, baxin dadlı tort bişiriblər".
"Mən mümnuniyyətlə bu informasiya ilə sağımda əyləşən həmkarımla bölüşəcəm"- deyə Yaşar Əliyev Ermənistan nümayəndəsini nəzərdə tutaraq deyib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, "Aclıq görünməz soyqırım silahıdır və tədbirlər görülməsə, Qarabağdakı ermənilər məhv ediləcək", - deyə bildirmişdi.